Şəmkirdəki dəhşətli qəza ilə bağlı cinayət işi başlanıldı – YENİLƏNİBbackend

Şəmkirdəki dəhşətli qəza ilə bağlı cinayət işi başlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

“Hadisə “Mercedes Sprinter” markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir”, – deyə məlumatda bildirilib.

***

09:46

Şəmkirdə baş verən qəzaya səbəb sürücünün ürəktutması olub.

NOCOMMENT.azın məlumatına görə, sürücü Arif Bağırov sükan arxasında ürək tutmasından dünyasını dəyişdiyi üçün qəza baş verib.

 

**** 09:04

Şəmkirdə baş verən ağır qəzada ölən şəxlərin kimlikləri məlum olub.

“Unikal”ın məlumatına görə, ölənlər 1992-ci il təvəllüdlü Şadət Bayramov, 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva,1977-ci il təvəllüdlü Aydın Pənahov,1962-ci il təvəllüdlü Qızxanım Tomayeva, 2008-ci il təvəllüdlü Kənan Məmmədov,1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova və 1966-ci il təvəllüdlü Arif Bağırovdur.

***

Şəmkirdə mikroavtobusun yük maşınına çırpılması zamanı yaralananların kimlikləri məlum olub.

NOCOMMENT.azın məlumatına görə, xəsarət alanlar “Mercedes Sprinter”insərnişinləri Ağstafa rayon sakinləri 1995-ci il təvəllüdlü M.Qəribov, 2004-cü il təvəllüdlü N.Qəribova,1969-cu il təvəllüdlü K.Məmmədov, Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Ş.Pənahova və Gürcüstan vətəndaşı olan 1970-ci il təvəllüdlü B.Gözəlovadır.

Yaralılardan K.Məmmədovun vəiyyəti ağır olduğundan Gəncə şəhərinə aparılıb.

Qəzanın bəzi təfərrüatları da məlum olub. Belə ki Bakıdan-Qazax gedən “Mercedes Sprinter” markalı mikroavtobus yük maşınına arxadan çırpılıb. Qəza zamanı 7 nəfər hadisə yerində ölüb. 5 nəfər ağır xəsarət alıb. Ölənlərin bəziləri Ağstafa rayon sakinidir.

Məlumata görə, ölənlərin əksətiyyəti qadındır. Hadisə yerin DYP əməkdaşları cəlb edilib.

***

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes Sprinter” markalı mikroavtobus yük maşına çırpılıb. Qəza zamanı 7 nəfər ölüb.

Ağır yaralılar da var. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.\\Unikal