Şəmkirin məşhur milyonçular kəndində atışma – HƏBS OLUNANLAR VARbackend

Şəmkirin məşhur milyonçular kəndində atışma – HƏBS OLUNANLAR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkir rayonunda atışma baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya rayondakı mənbələr bildirib.

Xəbərə görə, atışma rayonun məşhur Şiştəpə kəndinin sakinləri arasında baş verib.

İlkin məlumata görə, Şiştəpə kəndinin Babək adlı sakini və ona yaxın olan şəxslər əvvəllər aralarında ədavət olan həmkəndlisi Zabil Aslanovu avtomat silahdan atəş açaraq güllələyib.

6-7 güllə yarası alan Zabil Aslanov ağır yaralı halda Gəncədəki xəstəxanalardan birinə çatdırılıb.

Onun vəziyyətinin ağır olduğu deyilir.

Cinayətlə bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.2 maddələri ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxslər həbs edilib.