Semyon Peqov öz ölkəsində həbs olunur: Yarım milyard rublu oğurlamaqda ittiham olundubackend

Semyon Peqov öz ölkəsində həbs olunur: Yarım milyard rublu oğurlamaqda ittiham olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəzən belə də olur: bir ölkə üçün qəhrəmana çevrilirsən, amma öz doğma ölkəndə səni həbsxanaya salmaq istəyirlər”.

NOCOMMENT xəbər verir ki, bu sözləri Qarabağ müharibəsi ilə bağlı ermənilərin maraqlarına xidmət etməklə saxta xəbərlər yayan War Gonzo kanalının qurucusu Rusiya vətəndaşı Semyon Peqov sosial şəbəkə hesablarında paylaşıb.

O əlavə edib ki, Qarabağdan qayıdan kimi İstintaq Komitəsindən “xoşbəxlik məktubu” alıb. “İttiham irəli sürmək üçün mənim ora gəlməyimi istəyirlər. İttiham siyasi motivli deyil. Məni dələduzluqda ittiham edirlər.

Dörd il əvvəl 660 milyon rublun oğurlandığı bankda sadə əməliyyatçı işləmişəm. Əgər 4 il ərzində bu iş üzrə şahid idimdisə, indi məni oğurluqda günahlandırırlar.

Düzdür, həmin vaxt mən özüm borcun içindəydim. Borc sahibləri az qalırdılar məni öldürsünlər. Mən taksidə işləməyə başladım, paralel olaraq fotoçəkilişlər etməyi öyrəndim. Bu qədər pulum olsaydı, niyə taksidə işləyirdim ki?

Daha sonra hərbi fotoqrafiyanı seçdim, kərpic-kərpic öz imicimi qurdum. Reportajlarıma görə heç bir təmənna güdmədən müəyyən dairələrdə xüsusi hörmət qazandım.

Öz təşəbbüsümlə Donbasa, daha sonra Qarabağa yollandım və vəsaitim qurtarana qədər orda qaldım. Öz həyatımla risk etdim – 660 milyonu olana oxşayırammı? Amma İstintaq Komitəsi fərqli düşünür”, – deyə o bildirib.

Daha sonra Peqov öz bank kart nömrəsini paylaşaraq izləyicilərindən maddi kömək istəyib.

Sonda xatırladaq ki, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən də Semyon Peqov barəsində cinayət işi başlanılıb.