ABŞ Senatı Devid Perdyunu Amerikanın Çindəki yeni səfiri vəzifəsinə təsdiq edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Perdyunun namizədliyini 67 senator dəstəkləyib, 29-u isə əleyhinə səs verib.
Qeyd edək ki, Perdyu 2015-2021-ci illərdə Gürcüstan senatoru vəzifəsində çalışıb. Bundan əvvəl o, Reebok və Dollar General kimi iri şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Sahibkar eyni zamanda bir neçə il Sinqapurda Gitano Group-un idarəedici direktoru vəzifəsində çalışıb və Honq Konqda Sara Li Korporasiyasının filialında işləyib.