Senatordan İsrailə dəstəkbackend

Senatordan İsrailə dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynəlxalq Cinayət Məhkəməsi və onun baş prokuroru Kərim Xan İsrail liderlərinin həbsini tələb etməyə davam edərsə, ABŞ tərəfindən sanksiya tətbiq edilməlidir”,

NOCOMMENT.az xəbər verir ki, bunun Senatda çoxluğun səsi ilə qəbul olunan yeni lider Con Tun deyib.

Xan may ayında İsrailin baş naziri Benyamin Netanyahu və o vaxtkı müdafiə naziri Yoav Gallanta, habelə HƏMAS-ın üç liderinə Qəzzada “insanlığa qarşı cinayətlər”lə bağlı ittiham irəli sürmək istədiyini açıqlamışdı.

“Əgər BCM və onun prokuroru İsrail rəsmilərinə qarşı həbs orderlərinin icrası üçün öz çirkin və qeyri-qanuni hərəkətlərindən çəkinməzlərsə, Senat Nümayəndələr Palatasının artıq ikitərəfli əsasda etdiyi kimi, dərhal sanksiya qanununu qəbul etməlidir” – deyə Tun öz çıxışında bildirib.