Sənədsiz evlər bələdiyyələrdə necə qeydə alınacaq? – Komitə sədri aydınlıq gətirdibackend

Sənədsiz evlər bələdiyyələrdə necə qeydə alınacaq? – Komitə sədri aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 40-dan artıq qəsəbə var və qəsəbələrin də hərəsində 40 mindən artıq insan yaşayır, orada vahid bələdiyyələr formalaşacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov komitənin martın 1-də keçirilən iclasında deyib.

Qeydiyyatsız evlərlə bağlı məsələyə toxunan komitə sədri bildirib ki, “Bələdiyyə seçkiləri haqqında” qanunda seçki məcəlləsində həm vətəndaşlığı olmayan, həm də 6 ay bir ərazidə yaşayan şəxslər səsvermə hüququna malikdir.

“Qeydiyyat məsələsi hər yerdə qaldırılıb. Bilirsiniz ki, Bakı və ətraf qəsəbələrdə xeyli sayda sənədsiz evlər var. Qəsəbələrdə 3000-dən artıq yaşayış massivi mövcuddur ki, orada vahid bələdiyyələr formalaşacaq. Gələcəkdə də onların sayı artdıqca ancaq bələdiyyə üzvlərinin sayında artım ola bilər. Mənzillərin çoxluğu və ya azlığı məsələni həll etmir. Çünki Bakıda 40-dan artıq qəsəbə var və qəsəbələrin də hərəsində 40 mindən artıq insan yaşayır. Orada da vahid bələdiyyələr formalaşacaq”, – deyə o, əlavə edib.//Trend