Sənədsiz evlərin taleyi necə olacaq?backend

Sənədsiz evlərin taleyi necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər ictimaiyyətdə, eləcə də media və sosial şəbəkələrdə sənədsiz evlər mövzusu ətrafında ciddi müzakirələr gedir. Sözügedən məsələ ilə bağlı Prezident fərmanı olsa da, hələ ki problem həllini tapmayıb.

NOCOMMENT Globalinfo-ya istinadən xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Azərbaycanda sənədsiz evlər barədə müvafiq istiqamətlər üzrə müəyyən vaxtlarda qərarların qəbul olunduğunu bildirib.

Onun sözlərinə görə, son zamanlar daha çox ilkin qeydiyyat üzrə sənədləşdirilmənin sadələşdirilməsi nəzərdə tutulub:

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci maddəsinə müəyyən əlavə dəyişikliklər edilib. Sonuncu dəfə belə dəyişiklik 2018-ci ildə olub. Ondan sonra demək olar ki, bu istiqamətdə ciddi addımlar atılmayıb.

Son günlər məsələnin müzakirə olunması yaxşı haldır. Amma hesab edirəm ki, problem vətəndaşların təşəbbüsü ilə həll oluna biləcək məsələ deyil”.

Ekspert deyib ki, bu istiqamətdə yenidən ölkə başçısının iradəsinə ehtiyac var:

“Hesab edirəm, cənab Prezident 19 fevral 2019-cu ildə bəzi çoxmənzilli binaların istismarının sadələşdirilməsi ilə bağlı imzaladığı fərmana uyğun hər hansı bir fərman imzalamalıdır. Bununla məlum istiqamətdə əsaslı dönüş etmək olar”.

R.Osmanlı sənədsiz evlərin sayının 400 mindən iki dəfə çox olduğunu deyib:

“Say barədə onu deyə bilərəm ki, 400 min, təqribən, 2007-2008-ci illərə aid statistikadır. Bu gün isə sənədsiz evlərin sayı artıq bir milyona yaxınlaşır. Problemin mahiyyəti o qədər genişdir ki, bunu fərqli formada həll etmək mümkün olmayacaq. Çünki qeyri-qanuni ərazilərdə inşa olunan fərdi yaşayış evlərinin sayı çoxdur. Bu problemi yalnız vahid konsepsiya şəklində həll etmək mümkündür”.