Sənədsiz evlərlə bağlı əhaliyə yeni xəbərbackend

Sənədsiz evlərlə bağlı əhaliyə yeni xəbər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi məlumatlara görə, Bakı və ətraf ərazilərdə 500 mindən çox sənədsiz ev var. Bir müddət əvvəl səndəsiz evlərə çıxarışların verilməsi üçün işlərə başlansa da, problem hələ də tam həll olunmayıb.

 

Qonşu ölkə Gürcüstanda artıq sənədsiz fərdi yaşayış evləri ilə bağlı tikinti amnistiyası qüvvəyə minib. Qərar fiziki şəxsə məxsus torpaq sahəsində yerləşən, qanunsuz fərdi tikililərə şamil ediləcək. Tikinti amnistiyası bir milyondan çox insanı əhatə edəcək. Bəs, bu təcrübəni Azərbaycanda da tətbiq etmək mümkündürmü?

NOCOMMENT.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib ki, səndəsiz evlərin olduğu əksər ərazilərdə lazımi infrastruktur qurulduğu üçün sözügedən təcrübədən yararlanmaq olar. Çünki bu həm vətəndaşa, həm də dövlətə sərf edir.

Ekspert bildirib ki, ötən il 50 minə yaxın sənədsiz qeyri-yaşayış obyektinə çıxarışların verilməsinə başlanıb. Onun sözlərinə görə, fərdi yaşayış evləri də bu prosesdən kənarda qalmamalıdır. Çünki sənədsiz evlərə çıxarış verilmədiyinə görə vətəndaşlar qeydiyyatsız yaşamaq məcburiyyətində qalırlar. Bu da onlara müəyyən problemlər yaradır.

Ekspert əlavə edib ki, tikinti amnistiyası sayəsində qanunsuz tikililərlə bağlı çətinlikləri də aradan qaldırmaq olar.