Seneqalda tikilməkdə olan binanın çökməsi nəticəsində 11 nəfər ölübbackend

Seneqalda tikilməkdə olan binanın çökməsi nəticəsində 11 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seneqalın mərkəzindəki Tube şəhərində tikilməkdə olan üçmərtəbəli binanın çökməsi nəticəsində azı 11 nəfər ölüb, 7 nəfər yaralanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, xilasetmə işlərinə xeyli insan və texniki resurs cəlb olunub.

“Mümkün sağ qalanların və digər qurbanların axtarışı davam etdirilir”, – məlumatda deyilir.

Yerli prefekt faciənin səbəbinin tikinti qaydalarına əməl edilməməsi olduğunu bildirib. Qeyd olunur ki, binanın çökməsinin dəqiq səbəblərinin və hadisəyə görə məsul şəxslərin müəyyən edilməsi üçün xidməti araşdırma başladılıb.