Şengen vizası bahalaşacaqbackend

Şengen vizası bahalaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şengen vizası iyunun 11-dən bahalaşacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Avropa Komissiyası qısamüddətli Şengen vizasının (C növü vizası) qiymətini inflyasiya səbəbindən 12% artırmaq qərarına gəlib. Belə ki, gələn aydan böyüklər üçün bu məbləğ 90 avro (təxminən 166,2 manat), 6-12 yaş uşaqlar üçün isə 45 avro (83,1 manat) olacaq.

Qeyd edək ki, viza müraciət ərizəsinin baxılması üçün dövlət rüsumu 80 avro təşkil edir. Azərbaycan və Avropa İttifaqı arasında viza sadələşdirilməsinə dair müqaviləni nəzərə almaqla, Azərbaycan vətəndaşları üçün viza müraciət ərizəsinin baxılması üçün dövlət rüsumu 35 avrodur.