Sensasion iddia: Onlar məcbur ediliblər!backend

Sensasion iddia: Onlar məcbur ediliblər!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin xidməti otaqlarında biabırçı görüntüləri yayılıb.

Yayılan video qısa zaman ərzində sosial şəbəkələrdə gündəm olub, eyni zamanda izləyicilər tərəfindən böyük müzakirələrə səbəb olub.

Görüntülərlə bağlı “Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi”nin sədri Mehriban Zeynalova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ünvanlayıb.

Onun sözlərinə görə, bu qadınlar seksual qısnamaya məcbur ediliblər. O bildirib ki, Azərbaycan Respublikasının Qanunun 4 maddəsinə görə seksual qısnamaya məruz qalmış işçilərə qarşı hər hansı təzyiq yolverilməzdir.

NOCOMMENT xəbər verir ki, Mehriban Zeynalova azxeber-ə açıqlamasında bildirib ki, bu videoların yayılması doğru deyil və bu cür hallar qadınların həyatı üçün böyük zərbədir: “Əgər bu münasibət iki nəfərin razılığı ilə olubsa belə, yenə də iş yerində belə bir şey etmək doğru deyil. Bu videoların yayılmasında hər iki tərəfin günahı var. Belə olan halda yalnız tək tərəfi qınamaq və ya vəzifəsindən uzaqlaşdırmaq düzgün deyil. Hər iki tərəf cəzalanmalıdır. Məni narahat edən məsələ ondan ibarətdir ki, bu tip videoları yaymaq qadınların rəsmi orqanlarda işləməsinə zərbə vura bilər. Bu isə qadınların dövlət orqanlarında təmsil olunmasını azaldacaq, ümumi işin gedişatına xeyir verə biləcək qadınların da işləməsinin qarşısını alacaq. Getdikcə bu tip videolar daha çox yayılır və mən bunun tərəfdarı deyiləm. Bəlkə də məqsəd qadınların bu cür işlərdə çalışmasını bilərəkdən azaltmaq, qadağaları artırmaqdır. Dəqiq bilmirəm, müxtəlif məqsədlər də ola bilər. Amma bütün hallarda bu yolverilməzdir”.

Qeyd edək ki, görüntülərdəki şəxs FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədovun köməkçisi, polkovnik Zaur Mirzəyevdir. O, öz əməkdaşları ilə xidməti otağında cinsi münasibətə girir və həmin anları lentə alır. Kadrların 2014-cü ildə çəkildiyi bildirilir. Əvvəlcə bu görüntülərin başqaları tərəfindən çəkildiyi iddia olunurdu. Amma sonradan yayılan digər görüntülərlə intim videoların Z.Mirzəyevin özü tərəfindən çəkildiyi təsdiqini tapdı. Belə ki, görüntülərdən birindən onun kameranı necə nizamladığı aydın olur.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, videolardakı qadınların bir neçəsi ailəlidir.

O da qeyd olunur ki, general-mayor Füzuli Əsədovun köməkçisi, polkovnik Z.Mirzəyev bütün bu “əməliyyatları” FHN-in Xətai rayonundakı inzibati binasında həyata keçirib.

“Qəhrəman” Zaur Mirzəyevin şəxsi köməkçisi olduğu general-mayor Füzuli Əsədov keçmiş Kənd Təsərrüfatı naziri Heydər Əsədovun qardaşıdır və o uzun illərdir ki, FHN-də önəmli vəzifələri icra edir.