KoronaVirus İnformasiya Portalı
Sensasiya: Nikolun imzaladığı Bəyanatın ilk mətnibackend

Sensasiya: Nikolun imzaladığı Bəyanatın ilk mətni

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Vatikandakı eks-səfiri Mikael Minasyan öz feysbuk profilində 10 noyabrdakı üçlü Bəyanatdan öncə Baş nazir Paşinyana təqdim edilən, amma onun imtina etdiyi və nəticədə imzalanmayan razılaşma mətnini yayıb.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, Minasyan Paşinyanın hər yalan bəyanatına sənədlə cavab verəcəyini bildirib.

“Bu, sənin imzaladığın sənəddən öncə təqdim edilən variantlardan biridir. Bundan sonra sən daha ağır təklif aldın və o kapitulyasiya haqqında sənədi imzalayaraq, çıxışı olmayan situasiya yaratdın”, – deyə Minasyan bildirib.

Qeyd edək ki, Minasyanın yaydığı sənəddə 10 bənd yer alıb. Bu sənədin noyabrın 10-da imzalanan sənəddən xeyli fərqi var.

Əsas fərqlər aşağıdakılardır:

– Erməni silahlı qüvvələri Qarabağda saxlanılır;

– Qarabağdan tərəflərin öz tutduqları mövqelərdə qalmasıyla bağlı heç bir bənd yoxdur;

– Azərbaycana yalnız Ağdam, Kəlbəcər (15 noyabr) və Laçın (1 dekabr) rayonları qaytarılır;

– Şuşa ilə bağlı heç bir bənd yoxdur;

– Ermənistan münaqişənin tərəfi kimi tanınmır,

– Laçın dəhlizinin eni 10 kilometr (hazırkı razılaşmada 5 kilometrdir) olaraq müəyyən edilir;

– Rus sülhməramlıları köhnə DQMV-nin bütün sərhədinə yerləşdirilir;

– Regionda bütün xarici muzdlular çıxarılır (Qarabağ bəyanatında ümumiyyətlə muzdlu ifadəsi yoxdur);

– Naxçıvanla əlaqənin təmini məqsədilə Azərbaycan üçün yeni yol çəkilir.

Minasyan paylaşımında yalnız Ermənistan rəhbərliyinin sənədə reaksiyasını təqdim edib.