SENSASİYA: Rusiya və ABŞ bu ölkədə toqquşa bilər…backend

SENSASİYA: Rusiya və ABŞ bu ölkədə toqquşa bilər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan və ABŞ arasında münasibətlərdə son dövrlər gərginlik müşahidə olunur. Maraqlıdır, bu soyuqluğun əsas səbəbləri nədir?

NOCOMMENT.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Əli Mustafa bildirib ki, bu soyuqluğun əsas səbəblərindən biri Cənubi Qafqaz uğrunda Rusiya ilə ABŞ-ın maraq toqquşmasıdır:

COP29 Azərbaycanın dostlarını artıracaq

“Əslində Gürcüstanda həm Amerikanın, həm də Qərb ölkələrinin ciddi maraqları var. Eyni zamanda Rusiyanın da bölgədə təsir imkanları genişdir. Son parlament və prezident seçkilərində bir sıra siyasi məqamlarda ABŞ Gürcüstan hakimiyyəti ilə razılaşmadı. Düzdür, bəzi sahələrdə, xüsusilə də hərbi məsələdə əməkdaşlıq davam edir. Türkiyə ilə Gürcüstanın münasibətləri isə normaldır. Ola bilsin ki, ABŞ müəyyən məsələlərdə Gürcüstanla əlaqələri Türkiyə vasitəsilə qursun. Amma Amerikanın bir sıra siyasi maraqları hələ də təmin olunmur”.

Əli Mustafanın sözlərinə görə, ABŞ-ın narazılığına səbəb olan məqamlardan biri də Gürcüstanda fəaliyyət göstərən QHT-lərin maliyyələşdirilməsinin məhdudlaşdırılmasıdır:

“Bu məsələlər Gürcüstanla ABŞ arasında münasibətlərin soyumasına səbəb olub. Avropa İttifaqı ilə də əlaqələrdə sərinlik var. Yardımlar dayandırılıb, vətəndaşların vizasız gediş-gəliş imkanı ilə bağlı məsələyə də yenidən baxılır”.

Şərhçinin fikrincə, Gürcüstan daxilində hökumət və prezidentin ABŞ-a münasibətdə fərqli mövqedə görünməsi siyasi sabitliyə təsirsiz ötüşməyə bilər.