Şəntopdan Fransaya PKK/PYD reaksiyasıbackend

Şəntopdan Fransaya PKK/PYD reaksiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop Fransa Senatında terror təşkilatı üzvlərinin qəbulu və fəxri medallarla təltif edilməsini dəhşətli, lakin təəccüblü olmadığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, Şəntop bu barədə rəsmi “Twitter” hesabında açıqlama verib.

“Türkiyənin milli təhlükəsizliyini təhdid edən separatçı terror təşkilatı üzvlərinin Fransa Senatında qonaq olması dəhşətli olsa da təəccüblü deyil. Fransanın əvvəllər də terror təşkilatları, xüsusilə İŞİD ilə özünə lazım olanda ya açıq şəkildə və ya gizli şəkildə əlaqələr qurduğunun şahidi olduq. Mən Assambleyanın sədri kimi qeyd etməliyəm ki, bir ölkənin parlamentində terror təşkilatının üzvlərini qəbul etməsi həmin qurumun nüfuzunu zəiflədir. PKK-nın Suriya uzantılarının tərəfini açıq şəkildə parlament əli ilə bütün dünyaya nümayiş etdirən Fransadan qanuna, insanlığa və müasir və etibarlı dövlət olmanın tələblərinə uyğun davranmasını gözləyirik”. deyə TBMM sədri qeyd edib.

NOCOMMENT.AZ