İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin rəhbəri SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı ilə birlikdə öldürülüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
İsrail Müdafiə ordusu SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin (HDQ) kəşfiyyat idarəsinin rəisi Behnam Rezainin öldürüldüyünü açıqlayıb.
Bildirilib ki, Rezai son səkkiz ildə bölməyə rəhbərlik edən SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri ilə birlikdə öldürülüb.
Qeyd edilib ki, dəniz kəşfiyyatının rəhbəri Behnam Rezai region ölkələri haqqında kəşfiyyat məlumatlarını toplamaqla məşğul olub və müxtəlif kəşfiyyat təşkilatları ilə əməkdaşlığa rəhbərlik edib.










