SEPAH-ın müavini həddini aşdı – Azərbaycana qarşı hörmətsizlik etdi – VİDEObackend

SEPAH-ın müavini həddini aşdı – Azərbaycana qarşı hörmətsizlik etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SEPAH komandirinin müavini Əli Sərdar Fədavi açıqlamasında Azərbaycana qarşı hörmətsizlik edib.

NOCOMMENT.az İran mediasına istinadla xəbər verir ki, ötən gün təmkinini saxlaya bilməyən SEPAH komandirinin müavini Azərbaycan Prezidentinin İran ordusunun təlimləri ilə bağlı açıqlamasına özünə görə guya çox “yumşaq” formada reaksiya verib.

Fədavi Azərbaycanın reaksiyasını bir uşağın davranışı ilə müqayisə edib.

“Kiçik bir uşaq səni təhqir edib söyəndə, sadəcə uşağın başına sığal çəkirsən”, -deyə aşağılayıcı fikir bildirib.

Müxbirin təkrar sualla diqqəti son açıqlamaların üzərinə gətirmək cəhdinə isə Fədavi “siz jurnalistlər bu cür məsələyə ilişib qalmayın, bu cür bəyanatlara fikir vermək lazım deyil. Bizim üçün bu məsələlər müqayisəyə gəlməyən şeylərdir”, -deyə fikir bildirib.

P.S. İran unudub ki, Azərbaycan artıq onun tanımaq istəmədiyi “uşaq” deyil. Müstəqilliyinin 30 illiyini qeyd etməyə hazırlaşan yetkin bir gənc və arxasında min illərin dövlətçilik ənənəsi duran bir ölkədir.
Konkret.az