SEPAH: PUA-lar Ermənistan istiqamətinə göndərildibackend

SEPAH: PUA-lar Ermənistan istiqamətinə göndərildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hərbi bölmələrinin Dığ kəndi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusuna qarşı təxribata başlamasının ardınca İran İslam İnqilabı Korpusunun (SEPAH) Teleqram kanalları açıqlama yayıb.

NOCOMMENT.az xəbər verir ki, açıqlamada SEPAH-ın “ölkənin şimal-qərb sərhədlərinə doğru” PUA-lar göndərildiyi bildirilib.

İddia edilib ki, PUA-lar kəşfiyyat tapşırığını yerinə yetirirlər.

İran PUA-larının ölkənin “şimal-qərbi” deyərkən, Azərbaycan və Ermənistanla sərhədə gəldikləri və buradan topladıqları kəşfiyyat məlumatlarını Ermənistana ötürəcəkləri şübhə doğurmur.

Qeyd edək ki, Laçın rayonu istiqamətində, Dığ kəndi yaxınlığında yerləşən mövqelərindən ermənilər Ordumuza qarşı təxribat törədib, nəticədə şəhid və yaralılarımız var. Ermənistan ordusu minaatan və iriçaplı silahlardan istifadə edir.

Ordumuz hazırda cavab tədbirləri görür. MN əməliyyat şəraitinin Ordumuzun nəzarəti altında olduğunu açıqlayıb.