Separatçı Babayanı ABŞ Konqresinə kim və necə buraxır?backend

Separatçı Babayanı ABŞ Konqresinə kim və necə buraxır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Separatçıların qondarma xarici işlər naziri David Babayan ABŞ Konqresində çıxış edəcək: sentyabrın 19-da Vaşinqtona gedəcək separatçı çıxışında “status” və qondarma artsaxın təhlükəsizliyindən bəhs edəcək.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, səfərin təşkilatçısı Amerika Ermənilərinin Milli Komitəsidir (ANCA).

ABŞ-nin “Minsk qrupu” mövqeyindən sonra separatçının Konqresdə çıxışının təşkil edilməsi təsadüfi deyil. Görünür, erməni diasporu/lobbisi Vaşinqtonun Cənubi Qafqaz siyasətinə ciddi şəkildə təsir edə bilib və ABŞ bölgəyə dair siyasətini “status” kimi perspektivi olmayan məsələlər üzərindən həyata keçirmək xəttini genişləndirir. ABŞ səfirinin Şuşaya niyə getmək istəməməsinin səbəbi bir daha məlum olur.

Bakı separatçı Babayanın Konqresdə çıxışı məsələsini Vaşinqtonun qarşısında qaldırılmalıdır.