Separatçı rejimin bəzi vəzifəli şəxsləri işdən qovuldubackend

Separatçı rejimin bəzi vəzifəli şəxsləri işdən qovuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma Dağlıq Qarabağ rejimi separatçılarının rəhbərliyində təmsil olunan bir sıra şəxslər tutduqları vəzifələrindən çıxarılıb.

Bu barədə NOCOMMENT Ermənistan mətbuatına istinadən xəbər verir.

Belə ki, separatçıların rəhbərinin köməkçisi Rudik Martirosyan tutduğu vəzifədən kənarlaşdırılıb. İşdən çıxarılanlar arasında habelə baş prokurorun müavinləri Erik Verdiyan və Sasun Qabrielyan, Statistika Şurasının üzvü Armen Soqomonyan da var. Separatçıların qondarma Mərkəzi Seçki Komissiyasının üzvü Yeqiş Soqomonyanın səlahiyyətinə vaxtından əvvəl xitam verilib.

İşdən qovulanlar arasında həmçinin əmək, sosial və mənzil məsələləri üzrə nazirin birinci müavini Arkadi Soqomonyan da var. Şəhərsalma nazirinin müavini David Avanesyan, Təhsil və Elm Nazirliyinin aparat başçısı Erik Qriqoryan, Gəlirlər Komitəsi aparatının başçısı Qaqik Ayrapetyan və digərləri işdən qovulanlar arasındadır.