Separatçılar arasında qarşıdurma ola bilər- AÇIQLAMAbackend

Separatçılar arasında qarşıdurma ola bilər- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Separatçıların qondarma lideri Araik Arutunyanın istefası sonrasında Xankəndi və ətraf ərazilərdə siyasi xaos hökm sürür”.

Bunu NOCOMMENT.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

Turan Rzayev

Politoloqun sözlərinə görə siyasi xaosun davam etdiyi qondarma rejim bir zamanda yenidən “prezident seçkiləri” etməyə hazırlaşırlar. “Daha dəqiq desək seçkilər 9 sentyabrda baş tutacaq. Təbii ki, bu prosesdən faydalanmaq istəyənlər də var. Məsələn Ruben Vardanyan, Samvel Babayan tipli şəxslər də başa keçmək istəyirlər. Xüsusilə Samvel Babayan bu məsələdə daha çox diqqət çəkir. Belə olan təqdirdə Samvel Babayan daha çox Azərbaycanla danışıqlar tərəfdarıdır və danışıqlara gedilməsini istəyir. Belə olan halda təbii ki, separatçıların risk gözləntiləri var. Yəni əgər Samvel Babayan aksiyaları zamanı yaxud seçkilər sonrası Samvel Babayan mövcud nəticə ilə razı olmasa ərazidə qarşıdurmalar baş verə bilər”.

T. Rzayev bildirib ki, bu qarşıdurma hətta bu qanlı toqquşmalara da səbəb ola bilər. “Belə olan təqdirdə Azərbaycan tərəfi öz ərazisində qeyri-sabit vəziyyətlə barışmayacaq və əraziyə müdaxilə etmək imkanları var. Görünür separatçılar seçki zamanı Bakının müdaxilə ehtimalından ehtiyyat edir. Həm də qeyd edilən ssenari baş verərsə Azərbaycanın birbaşa Xankəndinə müdaxiləsindən çəkinir və bunun da qarşısını almaq üçün əlavə istehkam qüvvələri, fortifikasiya qurğuları yerləşdirir, səngərlər qazır. Bir növ qabaqlayıcı tədbir görməyə çalışırlar.

Politoloq sonda qeyd edib ki, qarşı tərəfin bütün cəhdləri boş və mənasızdır, çünki Azərbaycan tərəfi heç bir halda torpaqlarındakı qeyri-müəyyənliklə barışmayacaq. Cənab Hikmət Hacıyevin də dediyi kimi “Biz boz zona olmasının tərəfdarı deyilik”. “Bu baxımdan Azərbaycanın bu vəya başqa formada qısa zaman ərzində bütün ərazidə öz yurisdiksiyasını bərpa edəcəyini, eyni zamanda legitimliyini qoruyacağını deyə bilərik”.