Separatçılar Qarabağı sülhməramlılarla birlikdə qorumaq istəyirlərbackend

Separatçılar Qarabağı sülhməramlılarla birlikdə qorumaq istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Artsaxın (Qarabağın) silahlı qüvvələrdən imtina etmək niyyəti yoxdur”.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bunu avqustun 10-da Azadlıq Radiosunun erməni xidmətinə müsahibəsində separatçı rejimin parlamenti kimi təqdim olunan qurumun nümayəndəsi Seyran Ayrapetyan deyib.

Bakı Qarabağdakı erməni silahlı birləşmələrinin oradan çıxarılmasını tələb edir. Bu tələbi son dəfə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səsləndirib.

Lakin Ayrapetyan bildirib ki, separatçıların belə bir niyyəti yoxdur: “Özünümüdafiə ordusundan imtina satqınlığa bərabərdir. Sülhməramlılar kontingenti hazırkı sayı ilə müvafiq sərhəd boyunca döyüş keşiyi çəkmək iqtidarında deyil. Biz öz müdafiəmizi sülhməramlıların dəstəyi ilə özümüz təşkil etməliyik”.

Qeyd edək ki, Qarabağda elan edilmiş qismən səfərbərlik 7 gün davam edib. Separatçıların prezidenti kimi təqdim olunan Araik Arutyunyan bu barədə müvafiq sənədi avqustun 3-də iki erməni əsgərin ölməsindən və iyirmiyədək erməni hərbi qulluqçunun yaralanmasından sonra imzalamışdı.