Separatçılar səfərbərliyə​​​​​​​ cəlb edilən heyəti niyə tərxis edib? – Prosesin başlanğıcıdırbackend

Separatçılar səfərbərliyə​​​​​​​ cəlb edilən heyəti niyə tərxis edib? – Prosesin başlanğıcıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağdakı separatçı rejim səfərbərliyə cəlb edilən heyəti tərxis edib. Bunu delimitarizasiyanın başlanğıcı hesab edə bilərik”.

NOCOMMENT.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev “Facebook” hesabındakı bu paylaşımı ilə bağlı Yenisabah.az-a daha geniş açıqlama verib.

Ekspert fikirini belə əsaslandırıb:

“Qarabağda separatçı rejim ilə səfərbərliyə cəlb olunanlar tərxis olunursa, bu, onların başına dəyən “dəmir yumruğ”un və avqustun 3-ü keçirilən “Qisas” əməliyyatının nəticəsidir.

Və biz hal-hazırda Qarabağda yerləşən qanunsuz silahlı birləşmələrin ləğv olunduğunun şahidi oluruq. Heç bir kəs hətta sülh müqaviləsi bağlansa belə Ermənistan tərəfindən təxribatların gerçəkləşməyəcəyinin qarantiyasını verə bilməz. Yenə də ermənilərin içərisində elə biri çıxa bilər ki, Azərbaycan tərəfinə atəş açaraq atəşkəsi pozsun və ya başqa cür təxribatlara əl atsın”.

Ədalət Verdiyev son olaraq qeyd edib ki, “Qisas” əməliyyatı bitməyib.

“Rəsmi olaraq Azərbaycan avqustun 3-ü bu əməliyyatın başlandığını elan olunsa da, lakin hələ ki, bu əməliyyat başa çatmıyıb. Bu əməliyyatın növbəti mərhələlərinin keçirilib-keçirilməyəcəyi isə ermənilərin gələcək fəaliyyətindən asılıdır. Üçtərəfli bəyanatın bütün müddəaları Ermənistan tərəfindən yerinə yetirilərsə və öz pis əməllərindən əl çəkərlərsə, gələcəkdə hansısa hərbi əməliyyatın keçirilməsinə ehtiyac qalmayacaq”.