Separatçıların Araikdən tələbi: Övladlarımız haradadır?backend

Separatçıların Araikdən tələbi: Övladlarımız haradadır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndidəki separatçı töküntülərin lideri Araik Arutyunyan 44 günlük müharibə zamanı itkin düşən və öldürülən separatçıların valideynləri ilə görüşüb.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, görüşdə itkin düşən separatçıların və mülki ermənilərin axtarışı prosesi müzakirə edilib.

Araik Arutyunyan bildirib ki, itkin düşənlərin taleyinin öyrənilməsi və geri qaytarılması üçün əlindən gələni edəcək.

Erməni mətbuatı açıqlamasa da, ehtimal olunur ki, həmin görüşdə itkin düşən separatçıların valideynləri övladlarını tələb ediblər.

Qeyd edək ki, son aylar İrəvanda da itkin düşən və şanlı Azərbaycan Ordusu tərəfindən ələ keçirilən erməni hərbi qulluqçuların valideynləri etiraz aksiyaları keçirir.