KoronaVirus İnformasiya Portalı
Separatçıların başçısı niyə ortalığa çıxmır?backend

Separatçıların başçısı niyə ortalığa çıxmır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki sepratçıların başçısı Araik Arutyunyan aldığı ağır yaradan sonra ictimaiyyət arasında görünmür.

NOCOMMENT report-a istinadən xəbər verir ki, onun bu yaxınlarda feysbuk səhifəsindən erməni icması ilə “əlaqə saxlayacağı” bildirilib.

İddia olunub ki, guya Araik “döyüş bölgəsindədir”. Ancaq onun cəmiyyət arasında görünməməsi, hətta sosial şəbəkə vasitsi ilə əlaqə saxlaya bilməməsi vəziyyətinin ağır olduğunu təsdiqləyir. Feysbuk səhifəsindən isə onun adından başqa birinin paylaşım edə biləcəyi mümkündür.

Qeyd edək ki, Azərbaycan ordusunun açdığı atəş nəticəsində Araik Arutyunyan gizləndiyi bunkerdə ağır yaralanıb.