Separatçıların başçısı təhlükəsizlik xidmətinə direktor təyin etdibackend

Separatçıların başçısı təhlükəsizlik xidmətinə direktor təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı qondarma respublikanın başçısı Araik Arutyunyan dünən bir neçə fərman imzalayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, qondarma lider təhlükəsizlik xidmətinə yeni direktor təyin edib – bundan sonra bu vəzifəni Aşot Akopcanyan icra edəcək.

Bu təyinata qədər Akopcanyan yerli polisə rəhbərlik edib. Onun müavini vəzifəsinə Ararat Melkumyan təyinat alıb.

Xatırladaq ki, Akopcanyanın sələfi, atası azərbaycanlı olan Kamo Ağacanyan müharibə bitdikdən bir müddət sonra – 2020-ci ilin dekabrında vəzifəsindən uzaqlaşdırılmışdı. Hazırda Kamo separatçı ölkənin xüsusi təyinatlı səfiri vəzifəsini cira edir.