Separatçıların büdcəsindəki dəliyə kim yamaq vuracaq?backend

Separatçıların büdcəsindəki dəliyə kim yamaq vuracaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın Azərbaycan ərazisi olan Qarabağa maliyyə yarıdmı adıyla müdaxilə etməsi qəbuledilməzdir”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah -a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

O, Ermənistanın dövlət büdcəsindən Qarabağa ayrılan maliyyə yardımının bu il 14% azaldılması və ehtimala görə, çatışmayan vəsaiti rusiyalı milyarder Ruben Vardanyanın ödəcəyi barədə danışıb:

“Azərbaycan bir müddətə qədər buna səbirli yanaşıb, lakin bundan sonra səbirli olmaq niyyətində deyil. Qarabağda yaşayan ermənilərin problemlərini Azərbaycan həll edəcək. Bu baxımdan, Ermənistanın bu xərcləri azaltması, əlbəttə, müsbət qarşılanmalıdır. Ümid edirik ki, növbəti dəfə artıq bu məsələ tamamilə bitəcək”.

“Ruben Vardanyanın “xeyriyyəçiliyi”nə gəlincə, bu, sadəcə ehtimallardır. Vardanyan “Rusiyanın layihəsi”dir və bölgəyə məqsədli şəkildə ezam olunub. Vardanyanın və ya başqasının orada nə etməsindən asılı olmayaraq, Azərbaycan hazırda Rusiya sülhməramlılarının yerləşdiyi Qarabağın dağlıq ərazilərində özünün suveren hüquqlarını bərpa edəcək və orada Azərbaycan qanunlarına tabe olub yaşamaq istəyən insanlar yaşayacaqlar. Yaşamaq istəməyənlər isə öz seçimlərini edəcəklər”, – deyə O. Qasımov əlavə edib.

Siyasi şərhçi izah edib ki, Vardanyan məsələsi hazırda Azərbaycanın gündəliyində yoxdur:

“Hələlik bu, ciddi məsələ sayılmır. Baxmayaraq ki, müəyyən narahatlıqlar var, Rusiyanın əlilə hansısa planların həyata keçirilməsi və digər addımlar düşünülür və s. Amma, məncə, hazırda Azərbaycanın əsas niyyəti və məqsədi sülh müqaviləsinin imzalanmasıdır. Əgər sülh müqaviləsi imzalanacaqsa, o zaman proseslər öz axarıyla, daha rahat şəkildə gedə bilər”.