Separatçıların dini lideri vəzifəsindən azad edilibbackend

Separatçıların dini lideri vəzifəsindən azad edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı separatçıların dini lideri Parqev Martirosyan vəzifəsindən azad edilib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Erməni Apostol Kilsəsinin Qarabağ yeparxiyasının başçısı, arxiyepiskop Parqev Martirosyanın Şuşa şəhəri işğalçılardan azad olunandan bir-neçə gün sonra infarkt keçirmişdi.

Məlumat üçün bildirək ki, Parqev Martirosyan 1954-cü il martın 20-də azərbaycan SSR-nin Sumqayıt şəhərində Qurqen Martirosyan adı ilə anadan olub. Ailəsinin əsli Şəmkir rayonunun Çardaxlı kəndindəndir. Ailə 1966-cı ildə İrəvan şəhərinə köçüb.

1985-ci ildə Erməni Qriqorian Kilsəsi tərəfindən rahib olaraq qəbul olunub və Parqev adı verilib. 1988-ci ilin noyabr ayında Erməni Qriqorian Kilsəsinin rəhbəri I Vazgen tərəfindən yepiskop rütbəsi verilməklə Erməni Qriqorian Kilsəsinin  Qarabağ yeparxiyasının rəhbəri vəzifəsinə təyin olunub. Həmin tarixdən etibarən eyni vəzifəni icra etməkdədir. 1999-cu ildə I Qaregin tərəfindən Arxiyepiskop ali-dini rütbəsi verilib.

Şuşa şəhərinin mərkəzində yerləşən və 1888-ci ildə təmir olunan Qazançı kilsəsi eyni zamanda Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasının mərkəzi hesab olunur.

Parqev Martirosyan Qarabağ münaqişəsi başlayandan sonra Qarabağda yaşayan erməni icmasının əsas din xadimi kimi hadisələrin gedişatında aktiv rol almağa başlayıb. Xüsusi ilə 1992-ci il mayın 8-də Şuşanın işağalı zamanı Martirosyanın fəaliyyəti qeyd olunur. Şuşa şəhərinin işğal əməliyyatı başlamamışdan əvvəl arxiyepiskop döyüşçülərə “xeyir-dua” verib, şəhər işğal olunduqdan sonra isə əsgərlərlə birlikdə Qazançı kilsəsində əməliyyat zamanı öldürülən erməni əsgərlər üçün dua oxuyub.

Kilsədə keçirilən bu dini ayin 1920-ci ildən sonra keçirilən ilk dini ritual hesab olunur.

Qarabağ müharibəsinin gedişatında “Xaçlılar” adlı könüllü hərbi birləşmənin rəhbəri Karo Kakeçyan və Monte Melkonyana yaxın olduğu iddia edilir. Parqev Martirosyan teologiya mövzusunda yazılmış üç kitabın və bir necə məqalənin müəllifidir. Şotakan Karate üzrə I dan qara kəmər sahibi olan Parqev, eyni zamanda Ermənistan Karate Federasiyasının fəxri prezidentidir.