KoronaVirus İnformasiya Portalı
Separatçıların lideri 3 dildə paylaşım etdi: Vəziyyət ağırdır – FOTOFAKTbackend

Separatçıların lideri 3 dildə paylaşım etdi: Vəziyyət ağırdır – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Ordusu tərəfindən işğal edilən Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyan bildirib ki, vəziyyət olduqca ağırdır.

NOCOMMENT yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı qondarma rejimin rəhbəri Araik Arutyunyan sosial şəbəkə hesabında paylaşıb.

Arutyunyan qeyd edib ki, o, döyüşçülərlə görüşlər keçirir. Separatçıların lideri deyib ki, hər kəs bir nəfər kimi ayağa qalxmalıdır. A.Arutyunyan vətənin təhlükədə olduğunu və onu qorumaq üçün Birinci Qarabağ müharibəsi iştirakçılarını da cəlb etdiklərini vurğulayıb.

Arutyunyanın paylaşdığı fotolardan açıq şəkildə görünür ki, döyüşə cəlb olunan şəxslərin böyük əksəriyyəti yaşlı insanlardır.