Serbiya Azərbaycan, Macarıstan və Rusiya ilə danışıqlar aparacaqbackend

Serbiya Azərbaycan, Macarıstan və Rusiya ilə danışıqlar aparacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya mövcud qaz ehtiyatlarını artırmağı planlaşdırır və bununla bağlı hakimiyyət Azərbaycan, Macarıstan və Rusiya ilə danışıqlar aparacaq.

NOCOMMENT.az xəbər verir ki, bu açıqlama ilə ölkə Prezidenti Aleksandar Vuçiç Serbiya KİV-nə müsahibəsində məlumat verib.

“Hazırda bizim 544 milyon kubmetr qazımız var ki, bunun da 381 kubmetri “Banatski Dvor”da, 163 kubmetri isə Macarıstanın anbarlarında saxlanılır. Mən bununla kifayətlənmirəm. Biz həcmləri artırmalıyıq, bu barədə macar dostlarımızla danışmalıyıq. Ehtiyatları artırmalıyıq, ona görə də bunu həm ruslarla, həm də Azərbaycanla müzakirə etməliyik”, – deyə Vuçiç bildirib.