Serbiya parlamenti etirazlar fonunda professor Djuro Matsuta-nın ölkənin baş naziri postuna namizədliyini təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Qeyd edilir ki, hakim Serb Tərəqqi Partiyası (SPP) parlamentdəki 250 yerdən 156-nın çoxluğuna sahib olduğundan səsvermə formal prosedur olub.
Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç yeni baş nazir postuna professor Djuro Matsutanın namizədliyini irəli sürüb. O, Matsutun baş nazir vəzifəsini yerinə yetirmək üçün lazım olan peşəkar və şəxsi keyfiyyətlərə malik olduğunu bildirib.
Qeyd edək ki, martın 19-da Serbiyanın Milli Assambleyası (parlamenti) ölkənin əvvəlki baş naziri Miloş Vuçeviçin istefasını rəsmən təsdiqləyib. Buna səbəb 2024-cü ilin noyabrında Novi Sad qatar stansiyasında tavanın uçmasından sonra başlayan və fövqəladə vəziyyətdə 15 nəfərin öldüyü kütləvi etirazlar olub.