Serbiya prezidenti BRİKS sammitində niyə iştirak etməyib?backend

Serbiya prezidenti BRİKS sammitində niyə iştirak etməyib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya prezidenti Aleksandar Vuçiç BRİKS sammitində iştirakdan imtina etməsini Avropa İttifaqının (Aİ) Serbiyanın Rusiya ilə əlaqələri saxlamasını istəməməsi ilə izah edib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” nəşri sitat gətirib.

Vuçiç Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyenin Serbiyanın baş naziri Miloş Vuçeviçlə görüşdən imtina etməsinə münasibət bildirib. Onun sözlərinə görə, Vuçeviç bundan əvvəl Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüş keçirdiyi üçün AK rəhbəri danışıqları ləğv edib. Vuçiç vurğulayıb ki, Aİ Serbiya hakimiyyətinin avropalı və rusiyalı rəsmilərlə görüşlər keçirməsinə “səbir edə bilməz”.

“Onlar bizim ruslarla danışdığımızı görmək istəmirlər”, – Serbiya lideri əlavə edib.

Vuçiç deyib ki, əgər o, fon der Leyenlə görüşdən imtina etsə və BRİKS sammitində iştirak etsəydi, Serbiyanın “gələn il və ya üç ayda necə sağ qalacağı” bəlli olmazdı. O, öz qərarı sayəsində “Rusiya Prezidenti Vladimir Putinin hörmətini qoruduğunu və AK rəhbərinin hörmətini qəbul etdiyini və saxladığını” vurğulayıb.

Serbiya prezidenti həmçinin Qərb siyasətçilərinin Rusiyaya qarşı sanksiyalar tətbiq etmək tələbi ilə bağlı ölkəsinin üzləşdiyi çətinlikləri xatırladıb.\\Unikal