Serbiya prezidenti Aleksandr Vuçiç Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkda keçirilən 78-ci Baş Assambleyasında etdiyi çıxışda Kosovonun şimalında may ayından bəri davam edən gərginliklə bağlı açıqlamalar verib.
NOCOMMENT.az xəbər verir ki, Serbiya prezidenti Vuçiç Kosovonun birtərəfli qaydada müstəqillik elan etməsi ilə ölkəsinə qarşı “parçalanma cəhdi” edildiyini və Kosovo serblərinə qarşı etnik hücumların həyata keçirildiyini bildirib.
Vucic çıxışında “Söhbət Serbiyaya gəldikdə, BMT Nizamnaməsinə zidd davranmaq bu gün qarşılaşdığımız problemlərin aparıcı addımlarındandır. ” ifadəsini işlədib.
Vuçiç bildirib ki, sülh qadağan edilmiş bir sözə çevrilib. “Böyük güclərin əlində qalan yeganə dəyər prinsipdir. Bəzilərinə ikili standartlar tətbiq edilərkən, Serbiya BMT-yə üzv olan bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir” .
Vuçiç Ukraynanın ərazi bütövlüyünü də dəstəklədiklərini bildirib. “Bəziləri bu mövzuda Serbiyaya moizələr edir. Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik, çünki Rusiya ilə çoxəsrlik əlaqələrimizə baxmayaraq, münasibətlərimizi dəyişdirmirik”.