Serbiya prezidenti Aleksandar Vucic ABŞ-ın NIS-ə (Serbiyanın Neft Sənayesi) qarşı tətbiq edəcəyi mümkün sanksiyalara görə yanvarın 25-27-də Rusiya lideri Vladimir Putinlə telefon danışığı tələb etməyi planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Serbiya rəhbəri ölkə hökumətinin iclasında bildirib.
Onun sözlərinə görə, Vaşinqton NİS şirkətinə qarşı ümumi və ya maliyyə məhdudiyyətləri deyil, hərtərəfli sanksiyalar tətbiq etmək niyyətindədir ki, bu da ölkəni son dərəcə çətin vəziyyətə salır.
“Bu, xaricdən ölkəmizdə sabitliyi pozmaq cəhdləri ilə bağlıdır? Sübut olmadan heç kimi heç nədə ittiham edə bilmərəm. Amma təbii ki, bu, ölkəmizi çətin vəziyyətə salır”.
Vuçiç daha əvvəl demişdi ki, o, ABŞ dövlət katibinin iqtisadi artım, enerji və ətraf mühit üzrə müşaviri Xose Fernandes ilə “açıq və çətin” söhbət edib. O qeyd edib ki, danışıqlardan sonra heç bir yaxşı xəbər yoxdur.