Serbiya Rusiya əleyhinə bəyannamələri imzalamaqdan imtina etdiyini təsdiqləyibbackend

Serbiya Rusiya əleyhinə bəyannamələri imzalamaqdan imtina etdiyini təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya Rusiya əleyhinə bəyannamələri imzalamayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Serbiya Respublikasının baş naziri Djuro Maçut TASS-a verdiyi müsahibədə bildirib.

“Odessa sammitində Rusiya əleyhinə sənədi imzalamayan yeganə şəxs prezident Vuçiç olub. Mən isə Tirandakı sammitdə Serbiya nümayəndə heyətinə rəhbərlik edərək bu cür bəyanatlara qarşı çıxdım”, — deyə Maçut izah edib.

O, Serbiya üçün sülh və sabitliyin əsas prioritet olduğunu vurğulayıb.

Maçut əlavə edib ki, o, Serbiya Milli Təhlükəsizlik Şurasının üzvü olduğu müddətdə Ukraynaya heç bir silah tədarükü olmayacaq.