Serbiyada müxalifət siyasətçiləri aclıq aksiyasına başlayıblarbackend

Serbiyada müxalifət siyasətçiləri aclıq aksiyasına başlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyada saxtakarlıq iddiaları ilə müşayiət olunan seçkilərdən sonra müxalifət lideri Marinika Tepiç aclıq aksiyasına başlayıb.

NOCOMMENT.az xəbər verir ki, dekabrın 17-də keçirilən parlament və yerli seçkilərin nəticələrinin ləğv edilməsini istəyən 49 yaşlı siyasətçi aclıq aksiyası keçirən 7 nəfərdən biridir.

Tepiçdən başqa “Serbiya Zorakılığa Qarşı” adı altında birləşən müxalifət alyansından daha 6 siyasətçi aclıq aksiyasına başlayıb.

Xatırladaq ki, Serbiyada keçirilən seçkilərdə prezident Aleksandr Vuçiçin partiyası qalib gəlib. Bununla belə, beynəlxalq müşahidəçilər, o cümlədən Avropada Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı (ATƏT) seçkilərdə “səslərin satın alınması” və “səsvermə qutusuna bülletenlərin atılması” kimi bir sıra qanun pozuntularının aşkar edildiyini bildirib.