Serbiyada ümummilli matəm elan edildibackend

Serbiyada ümummilli matəm elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyanın paytaxtı Belqradda ibtidai məktəbə 9 nəfərin ölümü ilə nəticələnən silahlı hücumdan sonra 3 günlük milli matəm elan edilib.

NOCOMMENT.az xəbər verir ki, hökumət binasında keçirilən mətbuat konfransında 1-i mühafizəçi, 8-i tələbə olmaqla 9 nəfərin həyatını itirdiyi, 1-i müəllim, 6-sı tələbə olmaqla 7 nəfərin yaralandığı açıqlanıb.

14 yaşlı hücumçunun atasının silahından istifadə etdiyi və atasının da nəzarətə alındığı bildirilib.

Hücum səbəbiylə 5 May cümə günündən etibarən ölkə daxilində məktəblərdə təhsilin dayandırıldığı bildirilib.

NOCOMMENT.AZ