Serbiyada vağzal binasının talvarı uçub, 13 nəfər həlak olubbackend

Serbiyada vağzal binasının talvarı uçub, 13 nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İvitsa Daçiç bildirib.

“Səkkiz qurban olduğu zaman biz dağıntılar altında daha beş nəfərin olduğunu bilirdik, lakin onların sağ və ya ölü olduğunu müəyyən edə bilmirdik”, – agentlik Daçiçdən sitat gətirib.

Hüquq-mühafizə qurumunun rəhbəri xilasetmə əməliyyatında iştirak edən hər kəsə təşəkkürünü bildirib və qurbanların identifikasiyasının aparıldığını qeyd edib. “Ağır mənzərədir. Bütün bu beton konstruksiyaları qaldırmaq lazımdır”, – nazir əlavə edib.

Serbiya hökuməti 2 noyabrı milli matəm günü elan edib.