Texniki mandatlı baş nazir və hakim Serb Tərəqqi Partiyasının (SPP) rəhbəri Miloş Vuçeviç maksimum 36 saat ərzində partiyadan baş nazir postuna namizəd təklif edəcəyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə partiya sədri brifinqdə məlumat verib.
“Partiya orqanlarının iclasında biz mandat sahibinin konkret adı ilə bağlı yekun qərarı verəcəyik, mən yaxın 24, maksimum 36 saat ərzində, fikrimizcə, prezidentin hökumətin formalaşdırılmasını həvalə edə biləcəyi şəxsin adı ilə bağlı respublika prezidentinə məlumat verəcəyəm”, – deyə o vurğulayıb.
Vuçeviç əlavə edib ki, seçim iki ad arasında qalıb və SPP rəhbəri prezidentin həftə sonu rəsmi olaraq adı açıqlayacağını gözləyir.
Serbiyada hakim partiyanın rəhbərinin sözlərinə görə, Serbiyanın yeni hökumətinin aprelin 18-nə qədər seçilməsi üçün hüquqi və qanuni şərtlər var.