Serbiyanın baş nazirinin müavini Aİ-nin sanksiyalar siyahısına daxil ediləcəkbackend

Serbiyanın baş nazirinin müavini Aİ-nin sanksiyalar siyahısına daxil ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Serbiyanın baş nazirinin müavini Aleksandr Vulinin sanksiyalar siyahısına əlavə edilməsi proseduruna başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Balkan respublikasındakı mənbəyə istinadən məlumat yayıb.

“Biz öyrəndik ki, bugünkü çıxışdan sonra Avropa İttifaqı cənab Vulinin sanksiyalar siyahısına əlavə edilməsi prosesinə başlayıb.

Onun sözlərinə görə, prosedura çərşənbə günü, aprelin 9-dan start verilib və bir neçə gün ərzində tamamlanmalıdır.

Tətbiq olunan sanksiyaların təfərrüatları açıqlanmır.