Sərdar Kılıçın Ermənistanla sərhədə səfəri təsdiq olunubbackend

Sərdar Kılıçın Ermənistanla sərhədə səfəri təsdiq olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın 2 dövlətin sərhədinə, Qarsa səfərini türk mediası təsdiq edib.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, diplomat Ermənistanla sərhəddə yerləşən Akyaka rayonundakı Doğukapı keçid məntəqəsinə baş çəkib.

O, sonra qədim Ani şəhərinin xarabalıqlarına baxıb. Kılıç Qarsda Hərbi Muzey və Pendir Muzeyini də ziyarət edib.

Türkiyənin xüsusi nümayəndəsi mətbuata qapalı bir sıra görüşlər keçirib.