Sərdar Ortaçdan boykot ÇAĞIRIŞI: Fransız maşınına minməkdənsə, at arabasına mininbackend

Sərdar Ortaçdan boykot ÇAĞIRIŞI: Fransız maşınına minməkdənsə, at arabasına minin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış müğənni Sərdar Ortaç da vətəndaşları Fransanı boykot etməyə səsləyib.

NOCOMMENT yenisabah.az-a istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun göstərdiyi mövqeyə görə Rəcəb Tayyib Ərdoğan Türkiyə vətəndaşlarını bu ölkənin istehsalı olan məhsulları boykot etməyə çağırıb.

Müğənni də bu çağırışa qoşularaq – “Fransız maşınına minəcəyinizə, at arabasına minin”, – deyə yazıb.

Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan müsəlmanların küfr hesab etdiyi Məhəmməd Peyğəmbərin Fransada nümayiş etdirilən karikaturalarına görə bazar ertəsi vətəndaşlarını Fransız malları almamağa çağırıb.