Sərdar Ortaçın ayağı amputasiya edilə bilərbackend

Sərdar Ortaçın ayağı amputasiya edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyəli məşhur müğənni Sərdar Ortaç səhhəti ilə bağlı açıqlama verib.

NOCOMMENT.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı ayağının amputasiya edilmə riskinin olduğunu deyib.

“Tək başına ayaqqabılarımı çıxarmaqda çətinlik çəkirəm. Bu xəstəliyin müalicəsi yoxdur. 3 dəfə infarkt keçirdim. 4-cü də olsa, təhlükəli vəziyyət yaranacaq. Ayağımı itirmək riskim var. Baxaq, ümid edirəm heç nə olmaz.

Nə qədər depressiyaya düşsəm də, səhnədə hər şeyi unuduram. Ona görə də çox konsert verdim. Depressiyaya düşməyimin səbəbi sevgi və ya boşanmağımla bağlı deyil. Səbəb təkcə xəstəliyimdir. Mən daha velosiped sürə bilmirəm. Bu vəziyyət məni narahat edir” deyə, Sərdar vurğulayıb.