Sergey Aleynik: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışırbackend

Sergey Aleynik: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun xarici işlər naziri Sergey Aleynik bildirib ki, Qərb sanksiyaların köməyi ilə ölkəni iqtisadi böhrana salmaq niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

XİN rəhbərinin sözlərinə görə, Qərb dövlətləri Belarusun iqtisadi inkişafını ləngitmək və onu iqtisadi böhrana yaxınlaşdırmaq üçün sanksiya alətlərindən istifadə etməyə çalışırlar.

Aleynik eyni zamanda qeyd edib ki, Qərb hələ də öz niyyətlərini həyata keçirə bilməyib.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus ona qarşı istənilən hərbi təcavüzə dərhal cavab verəcək.