Sergey Lavrov iranlı həmkarı ilə ABŞ-də görüşdübackend

Sergey Lavrov iranlı həmkarı ilə ABŞ-də görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı ilə ABŞ-də görüşüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla BMT çərçivəsində danışıqlar zamanı Qəzza zolağında tezliklə atəşkəsin təmin edilməsi barədə danışıq və Qırmızı dənizdəki gərgin vəziyyətdən narahatlıq ifadə olunub. Tərəflər həmçinin iki ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörməti təsdiqləyiblər.

Qeyd edək ki, Sergey Lavrov BMT-nin mənzil-qərargahında Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə də danışıqlar aparıb.