Sergey Lavrov: “İsrailin UNRWA-ya qarşı ittihamları yoxlanılmalıdır”backend

Sergey Lavrov: “İsrailin UNRWA-ya qarşı ittihamları yoxlanılmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin HƏMAS-ın yəhudi dövlətinə hücumunda əli olduğu iddia edilən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlə bağlı Yaxın Şərq Agentliyinə (UNRWA) qarşı ittihamları yoxlanılmalı və araşdırılmalıdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Sergey Lavrov qeyd edib ki, Moskva HƏMAS-ın İsrail ərazilərinə hücumunu qəti şəkildə pisləyib. Onun sözlərinə görə, 2023-cü il 7 oktyabr hadisələrindən dərhal sonra Rusiya rəhbərliyi beynəlxalq ictimaiyyəti terrorizmin bütün təzahürləri ilə mübarizə aparmağa çağırıb. Bununla belə, ölkə hakimiyyəti əks tədbirlərin beynəlxalq humanitar hüququ pozmamalı olduğunu vurğulayıb.

Lavrov qambiyalı həmkarı Momodu Tanqaroyla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib: “İsrail hakimiyyəti UNRWA əməkdaşlarının HƏMAS-a yardım etdiyini öyrəniblər. Əgər belə ittihamlar varsa, onlar yoxlanılmalıdır”.

Bununla belə, o əlavə edib ki, UNRWA əməkdaşlarına qarşı aparılan istintaq kollektiv cəza ilə əvəz edilməməlidir. Üstəlik, bu cür tədbirlər təşkilatın hər cür yardım göstərdiyi insanlara şamil edilə bilməz.