Sergey Lavrov: Qarabağda vəziyyət normallaşırbackend

Sergey Lavrov: Qarabağda vəziyyət normallaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət normallaşır. Bakı və Yerevanın vəziyyətin sabitləşdirilməsi istiqamətində fəaliyyətlə bağlı üzərlərinə düşən öhdəliyi yerinə yetirdiklərini məmnunluqla qeyd edirik”.

NOCOMMENT xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağdakı vəziyyətlə bağlı TASS-ın sualına cavabında bildirib.

O əlavə edib ki, Rusiya atəşkəslə bağlı razılaşmanın təminatçısı kimi funksiyasını yerinə yetirir: “Atəşkəs rejiminin istənilən halda pozulmaması, ərazilərin partlayıcı vasitələrdən təmizlənməsi, əsirlərin və ölənlərin meyitlərinin mübadiləsi, qaçqınların qayıtması və daxili hərəkət zaman təhlükəsizliyin təmin edilməsi, vacib humanitar məsələlərin həll olunması, tarixi abidələrin qorunması, nəqliyyat yollarının açılması və iqtisadi əlaqələrin qurulması gündəlikdə duran məsələlərdir”.

S.Lavrov bildirib ki, bütün istiqamətlərdə müsbət tendensiya müşahidə edilir.

O, atəşkəs rejiminin dekabrın 13-də pozulduğunu Azərbaycan və Ermənistanın birgə səyi nəticəsində vəziyyətin nəzarət alına alındığını vurğulayıb.