NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İki ölkə arasında sərhəddə keçid məntəqəsini bağlayan polşalı yük maşınları ilə insident nəticəsində Ukrayna iqtisadiyyatı 400 milyon avrodan çox zərər çəkib. Bu barədə Ukrayna Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının vitse-prezidenti Vladimir Balin bildirib.
Balinə görə, bir Ukrayna yük maşınının dayanması itirilmiş mənfəət nəzərə alınmaqla daşıyıcıya gündə 350 avroya başa gəlir.
Xatırladaq ki, noyabrın 6-dan Polşa yük maşınları Ukrayna ilə sərhəddə üç əsas keçid məntəqəsini bağlayıb. Onlar Aİ-nin ukraynalı həmkarlarına verdiyi güzəştlərin ləğv edilməsini tələb edirlər. Blokadaya görə yükdaşıma tarifləri üç dəfə artıb.