Sərhəd böhranı: Rusiya və Türkiyə hədəf alınırbackend

Sərhəd böhranı: Rusiya və Türkiyə hədəf alınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyi Rusiyanın “Aeroflot” aviaşirkətinə qarşı sanksiya tətbiqini nəzərdən keçirir.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Blumberq adı açıqlanmayan AB rəsmisinə istinadla məlumat yayıb. Buna səbəb isə Belarus-Polşa sərhədində yaşanan miqrant böhranıdır.

Mənbə iddia edib ki, “Aeroflot”la yanaşı, Türk Hava Yollarına da məhdudlaşdırıcı tədbirlər tətbiq edilə bilər. AB-nin bu qərarına ABŞ və Böyük Britaniyanın qoşulacağı istisna edilməyib.

Qeyd edək ki, AB miqrantların düşünülmüş şəkildə təyyarə ilə Belarusa gətirildiyi, daha sonra isə avtobuslarla Polşa sərhədinə göndərildiyini iddia edir. Mediada isə qanunsuz miqrantları “Aeroflot” və Türk Hava Yollarının daşıdığı barədə təsdiqlənməmiş məlumatlar yayılıb.

Türk Hava Yolları artıq bu iddiaları rədd edib.