Sərhəddə erməni diversantları saxlanılıb? – DSX-dən AÇIQLAMAbackend

Sərhəddə erməni diversantları saxlanılıb? – DSX-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb.

Bununla əlaqədar Dövlət Sərhəd Xidmətindən NOCOMMENT-ə bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir, Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır