Sərhədlər möhkəmləndirilməsə, erməni diversantların sayı artacaqbackend

Sərhədlər möhkəmləndirilməsə, erməni diversantların sayı artacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub. Erməni diversant Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk ediblər. Araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub.

NOCOMMENT xəbər verir ki, siyasi şərhçi Elxan Şahinoğlu modern.az-a Ermənistanın Azərbaycana qarşı terror və diversiya müharibəsini davam etdirdiyini, hələ də ağlının başına gəlmədiyini bildirib: “Ermənistan düşünür ki, bu yolla Azərbaycana müqavimət göstərə bilər. Lakin biz bu hadisələri cavabsız qoymamalıyıq. Müharibədən sonra onlarla vətəndaşımız həlak olub. Yenə də bu halların baş verməməsi üçün sərhədlərimizi möhkəmləndirməliyik. Sərhədlər möhkəmləndirilməsə, diversantların sayı artacaq, yenidən insanlar həlak olacaq”.

Müsahibimiz Rusiya, Fransa, Almaniya xarici işlər nazirlərinin Qarabağı müzakirə etməsinə də toxunub: “Bu cür müzakirələrin, bəyanatların məsələyə heç bir təsiri yoxdur. 30 ilə yaxındır ki, BMT-nin qətnamələri var idi. Ermənilər o qətnamələri yerinə yetirdilər? Xeyr. Bundan sonra ermənilərin bəyanatları yerinə yetirəcəyini və yaxud minalanmış ərazilərin xəritəsini bizə verəcəyini gözləımək mənasızdır. Azərbaycan bu proseslərlə bağlı böyük dövlətlərə, təşkilatlara müraciət edə bilər. Lakin bilməliyik ki, bütün məsələlərin icrası yenə də öz üzərimizə düşür”.